Merkel bu gün Türkiyəyə səfər edəcək
18 oktyabr 2015 05:09 (UTC +04:00)

Merkel bu gün Türkiyəyə səfər edəcək

0

Almaniyanın kansleri  Angela Merkel  oktyabrın 18-də Türkiyəyə səfər edəcək. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, səfər proqramına əsasən, kanslerin İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və baş naziri Əhməd Davudoğlu ilə görüşü  nəzərdə tutulub.

 

Məlumata görə, görüşlərdə diqqət mərkəzində əsasən iki mövzunun - Suriyadakı vəziyyət  və Avropada qaçqın böhranının  olacağı gözlənilir.    

 

Merkel Ərdoğan və Davudoğlu ilə həmçinin Türkiyədə insan haqları ilə bağlı məsələləri də müzakirə etmək niyyətindədir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 429

Oxşar yazılar