Merkel:  “Avropa və Türkiyə məsuliyyəti bölüşməlidirlər"
19 fevral 2016 04:40 (UTC +04:00)

Merkel: “Avropa və Türkiyə məsuliyyəti bölüşməlidirlər"

0

Avropa və Türkiyə miqrasiya böhranına görə birgə məsuliyyət daşımalıdırlar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Brüsselə sammitə gələn Almaniya kansleri Angela Merkel bildirib.

 

“Avropa və Türkiyə məsuliyyəti bölüşməlidirlər. Bizə sərhədlərimizin qorunması gərəkdir, qaçaqmalçılarla,  qanunsuzluqla mübarizə gərəkdir. İnsanların Aİ-yə gəlməsini təmin edə biləcək qanuni yollar  tapmalıyıq”, deyə Merkel bildirib.  

 

Kanslerin sözlərinə görə, rəsmi Berlin “Avropa-Türkiyə gündəliyi”nin prioritet olaraq qalmasını istəyir.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 315

Oxşar yazılar