Mərakeş hakimiyyəti Suriyadakı döyüşlərdə iştirak etmək üçün cihadçılar toplayan “terrorçu şəbəkəni” aşkarladığını elan edib. Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, Mərakeş polisi bildirib ki, bu özək “əl-Qaidə” kimi təşkilatla əlbir olan “İslam İraq Dövləti və Livan” və “Nusra Cəbhəsi”” əməkdaşlıq edib.
Polisin məlumatına əsasən, həmin təşkilat maliyyə axtarışı, könüllülərin hazırlığı və onların ötürülməsi ilə məşğul olub.
Mərakeş prokurorluğu həmin özək barəsində istintaq işi açıb.