Marneulidə yeni kitabxana tikiləcək
11 oktyabr 2014 03:18 (UTC +04:00)

Marneulidə yeni kitabxana tikiləcək

0

Azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində yeni kitabxana tiliəcək.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Marneulinin Rustaveli 71/73 küçəsində tikiləcək kitabxana üçün rayon büdcəsindən 417 000 lari vəsait ayrılıb. Tikinti üçün artıq tender də elan olunub.

 

Marneuli rayon icra hakimiyyətindən bildirilib ki, yeni kitabxana müasir standartlara cavab verəcək, yeni avadanlıqlar və müasir qurğularla təmin olunacaq və oxucular  üçün yüksək səviyyəli şərait yaradılacaq.

 

Məlumata görə, kitabxananın tikintisi 2015-ci ildə başa çatacaq.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 702

Oxşar yazılar