Makedoniyada 30 silahlı polisə təslim oldu
10 may 2015 06:30 (UTC +04:00)

Makedoniyada 30 silahlı polisə təslim oldu

Makedoniyanın şimalındakı Kumanovo bölgəsində silahlı dəstənin məhv edilməsi ilə bağlı xüsusi əməliyyat zamanı aparılmış danışıqlar nəticəsində 30 silahlı polisə təslim olub. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, polisə müqavimət göstərməkdə davam edən silahlı şəxslərin sayı barədə məlumat verilmir. Bəzi məlumatlara görə, dəstənin 40-80 üzvü var. Atışma zamanı 3 polis həlak olub, daha 20-dək polis əməkdaşı yaralanıb.   

 

Məlumata görə, silahlı qrup ölkə ərazisində bir neçə terror aktı törətməyi planlaşdırıb: “Silahlı qrup Makedoniyaya qonşu ölkələrdən birinin ərazisindən keçib. Buradakı tərəfdarlarının köməyi ilə rayon ərazisində gizli yerləşdirilən silahlı dəstə ölkədə bir neçə terror aktı törətməyi planlaşdırıb”, deyə DİN rəhbərinin köməkçisi İvo Kotevski bildirib. “Müvafiq qurumlar silahlıların yerini müəyyənləşdirib. Onlar Kumanovoda bir neçə evdə yerləşdirilib. Dəstə döyüş təlimi keçmiş və yaxşı silahlandırılmış şəxslərdən ibarətdir”, deyə o bildirib. 

 

 

DİN rəhbərinin köməkçisi əməliyyatın keçirilməsi üçün müvafiq qərargahın yaradıldığını bildirib.  

 

Qeyri rəsmi məlumatlara əsasən, silahlı dəstə Makedoniyaya Kosovo ərazisindən hücuma keçib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 208
avatar

Oxşar yazılar