Macarıstanın baş naziri: “Ukraynadakı macarlara muxtariyyət verilməlidir”
17 may 2014 23:54 (UTC +04:00)

Macarıstanın baş naziri: “Ukraynadakı macarlara muxtariyyət verilməlidir”

Macarıstanın baş naziri Viktor Orban Ukraynada yaşayan macarlara milli  azlıq kimi muxtariyyət verilməsinin vacibliyini yenidən vurğulayıb.

 

Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, mayın 17-də ölkə parlamentində çıxışı zamanı o, bildirib ki, Ukraynadakı 200 min macara ikili vətəndaşlıq və muxtariyyət verilməlidir.

 

“Əgər milli azlıqlara, o cümlədən macarlara muxtariyyət verilməzsə, Ukraynada stabillik və demokratiya olmayacaq. Bu isə ikili vətəndaşlıq, kollektiv haqqın  və muxtariyyətin təmin olunması deməkdir” -deyə, Obran bəyan edib.

 

 

Ukraynanın Xarici İşlər Nazirliyi hökumət başçısının çıxışı ilə əlaqədar Macarıstanın Kiyevdəki səfirindən izahat istəyib.

 

V. Orbanın çıxışını Polşa, Çexiya və Slovakiya hakimiyyətləri də tənqid edib.

 

Macarıstanın Xarici İşlər Nazirliyi isə bildirib ki, hökumət başçısının bəyanatında yeni nəsə yoxdur: “O, milli azlıqların işi ilə bağlı Macarıstanın son 25 ildə apardığı siyasətlə müqayisədə yeni bir fikir söyləməyib”.

 

Xatırladaq ki, bu ilin martında V.Orban  Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə qarşı çıxıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 761
avatar

Oxşar yazılar