M.Cəmilev: “Rusiya bizim qarşımızda reabilitasiya olunmalıdır”
22 aprel 2014 03:45 (UTC +04:00)

M.Cəmilev: “Rusiya bizim qarşımızda reabilitasiya olunmalıdır”

“Krım tatarları Kremlin “reverans”ına (reverans -fransızca révérence — dərin hörmət, sayğı-red.) möhtac deyil”.

 

 Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, Krım türklərinin lideri Mustafa Cemilev (Krımoğlu) Rusiya prezident Vladimir Putinin “Krım xalqlarının reabilitasiyası” haqqında fərmanına münasibət bildirərkən belə deyib.

 

O, bildirib ki, V.Putinin bu fərmanı yarımadada Rusiyanın siyasətinin möhkəmləndirilməsi üçün atılan addımdır.

 

“Rusiya tərəfindən reabilitasiyaya ehtiyacımız yoxdur. 1944-cü ildə törədilən cinayətə görə Rusiya bizim qarşımızda reabilitasiya olunmalıdır”-deyə, Krım türklərinin lideri bəyan edib.

 

 

Mustafa Krımoğlu əlavə edib: “Bizim üçün maraqlıdır – nədən Rusiya ərazimizi işğal etdikdən sonra belə fərmanı vermək qərarına gəlib? Əlbəttə, Rusiya bizim sosial problemlərimizin həllində iştirak etməlidir. Ancaq bunu dövlətlərimiz arasında anlaşma çərçivəsində etmək lazımdır.

 

1991-ci ildə Rusiya Federasiyası özünün müstəqilliyini elan edəndən sonra deportasiyanın cinayət olduğunu elan etməli, tatarların öz torpaqlarına qayıtması ilə bağlı üzərinə öhdəlik götürməli idi”.

 

Onun qənaətincə, əvvəllər Rusiya tərəfi “hiddətlə bildirirdi ki, Ukrayna Krımda rusiyalıların demoqrafik üstünlüyünü pozmaq üçün Krım tatarlarının geri qayıtmasına stimul verir.İndi isə birdən belə bir reverans edir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 741
avatar

Oxşar yazılar