Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynanın birinci milli kanalı ilə yayımlanan «Şuster Live» verilişində Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçi tənqid edib.
Lent.az-ın «İnterfaks»-a istinadən məlumatına görə, «BelTA» agentliyi bu haqda xəbər yayıb.
«O ki qaldı, Yanukoviçə,o necə prezidentdir? Son çıxışında o, deyir: «yoldaşlar, cənablar, mən sağam, Silahlı Qüvvələrin Ali baş komandanıyam».Onda sual yaranır: Bəs, hanı sənin ordun? Nə qədər ağır olsa da, prezident xalqının yanında olmalıdır. Hətta əgər səni öldürsələr də xalqın yanında olmalısan. Bu sənin taleyindir. Deməli, sən qurban getməlisən. Başqa cür mümkün deyil. İqamətgahda oturub, hakimiyyətin dadını çıxarıb, çətinə düşəndə də qaçmaqla iş bitmir. Mən bunu qəbul etmirəm. İstmirəm ki, desinlər - Lukaşenko Yanukoviçlə dünənədək dost idi indi belə danışır. Mən onu bir dost kimi mühakimə edirəm. Necə istəyirsiniz elə də başa düşün.
Prezident geri çəkilməməlidir. Savaşmağa kimsə yoxdursa, götür silahı, get, tək döyüş. Öldürəcəklər. Onsuzda tez, ya gec hamımız orada olacağıq. Ancaq sonra sənin qohumların, oğlanların utanmayacaq. Mənim yanaşmam belədir»-deyə, Lukaşenko bildirib.
Belarus prezidentinin müsahibəsi Ukraynanın birinci milli kanalında martın 28-də nümayiş olunacaq.