Lukaşenko Ukrayna prezidenti ilə görüşmək niyyətindədir
29 mart 2014 00:10 (UTC +04:00)

Lukaşenko Ukrayna prezidenti ilə görüşmək niyyətindədir

0

Belorus prezidenti Aleksandr Lukaşenko Ukraynanın müvəqqəti dövlət başçısı Aleksandr Turçinovla görüşmək niyyətində olduğunu bildirib.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, Belorus prezidenti deyib: «Mən Turçinovla əlaqə saxlayıram. İndiki koalisiyanın təmsilçiləri, özəlliklə Vitali Kliçko ilə söhbətləşirik. Yaxın günlərdə isə Turçinovla görüşüb, ölkələrimiz arasındakı münasibətin və əlaqə saxlamağın yollarını müzakirə edəcəyik. Axı, biz qonşuyuq».

 

Xatırladaq ki, bir müddət  öncə A.Lukaşenko «de-fakto Krımın Rusiya ərazisi» olduğunu bəyan etmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 833

Oxşar yazılar