Lukaşenko: “Putinə dedim ki, sən sakit ol...”
15 fevral 2015 06:54 (UTC +04:00)

Lukaşenko: “Putinə dedim ki, sən sakit ol...”

Belarus prezidenti Aleksandr Lukaşenko “Normandiya dördlüyü” ölkələri liderlərinin Minsk görüşünün təşkilinə dair təfərrüatları açıqlayıb.

 

Lent.az-ın Virtualaz.org-a istinadən verdiyi xəbərə görə, Lukaşenko rusiyalı həmkarı Putinlə görüş öncəsi danışıqlarının bəzi detallarına aydınlıq gətirib.

 

“Minsk görüşünün keçirilməsini Putinlə hələ Soçidə razılaşdırmışdıq. Onda Putin mənə belə sual vermişdi: “Bəs sən bu görüşü təşkil edə biləcəksənmi? Axı bu, təhlükəsizlik baxımından elə də asan məsələ deyil...”

 

Mən isə Putinə belə dedim: “Qulaq as, Vladimir Vladimiroviç, sən sakit ol. Hər şey qaydasında olacaq. Axı özün də bilirsən ki, Belarusda hər şeyi yaxşı bacarırlar və biz hər işi ən yüksək səviyyədə təşkil edəcəyik, hər şeyi ən yüksək şəkildə yoluna qoyacağıq” - deyə Lukaşenko bildirib.

 

Qeyd edək ki, Putinlə Lukaşenko Minsk görüşündən əvvəl Soçidə bir araya gələrək bir sıra məsələlər ətrafında müzakirələr aparıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 208
avatar

Oxşar yazılar