Sonuncu fotonun qurbanı
05 mart 2015 16:54 (UTC +04:00)

Sonuncu fotonun qurbanı

 2001-ci il, sentyabrın 11-i. Sözü gedən hadisə Amerikada baş verib. ABŞ-ın Nyu-York ştatında. Terrorçuların məşhur qoşa qüllələri - Beynəlxalq Ticarət mərkəzini partlatdılar.

 

Xəbəri eşidər-eşitməz jurnalist Bill Biqqart fotoaparatlarını da götürüb dərhal evdən çıxır. Birbaşa təyyarələrin çırpıldığı qoşa qüllələrə tərəf.

 

Cənub qülləsinin neçə çökdüyünü anbaan fotoaparatının yaddaşına həkk edərkən, özü isə Şimal qülləsinin altında qalır.

 

Onun cəsədi bir neçə gün sonra uçqun altında çıxarılır. Fotokameraları ilə birgə. Amma yüzlərlə kadrla birgə. Lent.az həmin kadrları təqdim edir.

 

Fotokameralar həyat yoldaşına təhvil verilir. Xoşbəxtlikdən fotoaparatın yaddaş kartındakı şəkillər silinməmiş olur.

 

Kameranın bir kartında dəhşətli anı əks etdirən təqribən 150-ə yaxın foto olub. 

 

Sonuncu şəklin çəkildiyi tarix isə 10:28 olub. Binanın çökməsindən iki dəqiqə əvvəl.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 129
avatar

Oxşar yazılar