Londonda terrorçuluqda şübhəli bilinən 18 yaşlı qız saxlanıldı
16 yanvar 2015 23:27 (UTC +04:00)

Londonda terrorçuluqda şübhəli bilinən 18 yaşlı qız saxlanıldı

0

Londonun Stansted hava limanında terror aktı hazırlamaqda şübhəli bilinən 18 yaşlı qız saxlanılıb.

 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Skotland-Yard bildirib.

 

Adı və milliyyəti barədə məlumat verilməyən qız saxlandıqdan sonra Londonun mərkəzi polis məntəqəsinə gətirilib. Həmçinin, onun haradan Böyük Britaniyaya gəlməsi də hələlik bəlli deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 367

Oxşar yazılar