Lixtenşteyn hökuməti Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və onun yaxın ətrafının bank hesablarındakı 30 milyon dollarlıq vəsaiti dondurub.
Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, bu haqda “Assoşieytetd press” xəbər yayıb. Onlar “çirikli pulların yuylmasında” da şübhəli bilidiklərindən barələrində cinayət işi açılıb.
Lixtenşteyn hökuməti bildirib ki, bir sıra hallarda “cinayət əməllərinin mövcudluğundan da şübhələnirlər”. Ölkənin Baş Prokurorluğu 4 şübhəli barəsində cinayət işi açıb.
Xatırladaq ki, bir müddət öncə İsveçrə Yanukoviçlə bağlı 190 milyon dollarlıq bank hesabını dondurub.