Liviyanın növbəti prezidentinin adı bəlli olub. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bundan sonra iş adamı Ahmed Maartik adıçəkilən ölkəyə rəhbərlik edəcək. O, parlamentdə keçirilən səsvermədə 41 səs çoxluğu ilə qalib olub. Ahmed Maartik liberal şəxs kimi tanınır.
Qeyd edək ki, Liviyada ölkə prezidenti parlament tərəfindən seçilir.