Livan-Suriya sərhədində partlayış: azı 3 nəfər ölüb
29 mart 2014 22:50 (UTC +04:00)

Livan-Suriya sərhədində partlayış: azı 3 nəfər ölüb

0

Livan-Suriya sərhədində hərbiçilərinin Ərsal nəzarət-keçid məntəqəsində baş verən terror basqını nəticəsində azı 3 nəfər həlak olub.

 

Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, «əl-Ərəbiyyə» telekanalı bu haqda xəbər yayıb.

 

Mənbə bildirib ki, terrorçu - intiharçı minalanmış avtomobilini Livan ordusunun nəzarət –keçid məntəqəsində partladıb. 6-dan çox insan xəsarət alıb.

 

Məlumata əsasən Ərsalda minlərə suriyalı qaçqın, o cümlədən Suriyadakı Bəşar Əsəd rejimindən qaçanlar yaşayır.

 

Hücumun məsuliyyətini «Baalbək briqadası» üzərinə götürüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 732

Oxşar yazılar