
Leonardo Di Kaprio səfir təyin edildi
Hollivud aktyoru Leonardo Di Kaprio BMT-nin planetin iqlim məsələləri üzrə səfiri təyin edilib. Lent.az-ın Musavat.com-a istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatının baş katibi Pan Gi Mun açıqlama verib.
“Cənab Di Kaprio - ətraf mühitin müdafiəsi hərəkatında etimad bəslənən bir səsdir. Onun vədlərini gücləndirəcək çox böyük bir platforması var” – deyib Pan Gi Mun. BMT baş katibinin sözlərinə görə, 39 yaşlı Di Kaprio sentyabrın 23-də, Nyu-Yorkda, BMT-nin sammitində iqlim dəyişiklikləri problemləri ilə bağlı çıxış edəcək.
Ötən ilin oktyabrında məşhur aktyor Ümumdünya Vəhşi Təbiəti Müdafiə Fonduna 3 milyon dollar köçürüb. O, hələ 1998-ci ildə təbiəti müdafiə fəaliyyətinə qrantlar ayırmaq üçün öz adına fond təsis edib.
Oxşar yazılar

"Vaqner"in nəzarətində olan mədəndə ATIŞMA: 10 nəfər öldü
19 iyul 2025 , 11:30
AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə mindi
19 iyul 2025 , 06:05
İsrail və Suriya atəşkəs barədə razılığa gəldi
19 iyul 2025 , 03:16
Ankarada leysan fəsadlar törətdi
18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü
18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi
18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu
18 iyul 2025 , 13:18