KXDR BMT-yə iki Koreyanın birləşdirilməsini təklif etdi
28 sentyabr 2014 03:50 (UTC +04:00)

KXDR BMT-yə iki Koreyanın birləşdirilməsini təklif etdi

Koreya Xalq Demokratik Respublikası BMT-yə siyasi quruluşlarının saxlanılması şərti ilə iki Koreyanın konfederasiya formulu ilə birləşdirilməsini təklif edib. Lent.az-ın APA-ya istnadən verdiyi xəbərə görə, bu təkllifi  BMT Baş Assambleyasının 69-cu sessiyasında çıxışı zamanı KXDR XİN rəhbəri Li Su Yen irəli sürüb.

 

“KXDR təkid edir ki, iki ölkənin birləşdirilməsinə fərqli siyasi sistemlər arasında toqquşma yaratmaq yolu ilə deyil, konfederasiya formulu ilə nail olunmalıdır. Bu vasitə ölkədə eyni zamanda iki sistemin mövcudluğunu nəzərdə tutur. Bu müharibənin qarşısının alınması və sülhün təmin olunması üçün yeganə vasitədir”, deyə Li Su Yen .

 

 KXDR XİN rəhbəri qeyd edib ki, nüvə silahı məsələsindəki problem ABŞ-ın düşmənçiliyə əsaslan siyasi kursunun dəyişəcəyi təqdirdə həllini tapacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 948
avatar

Oxşar yazılar