Küveytdə deputat "çılpaq qadınlarıi" müdafiə edib
31 may 2014 04:20 (UTC +04:00)

Küveytdə deputat "çılpaq qadınlarıi" müdafiə edib

Küveyt parlamentinin deputatı Nabil əl-Fədl islamçı sayılan məclis üzvlərinin qadınların “çılpaq geyiminin” yasaqlanması ilə bağlı irəli sürdüyü təklifə qarşı çıxıb.

 

Lent.az-ın “nyusur”-ya istinadən məlumatına görə, o, bildirib ki, əgər bu təklif hakimiyyət tərəfindən qəbul edilərsə, o zaman istefa verəcək.

 

Nabil əl-Fədlin sözlərinə görə, bu qanun layihəsi şəxsi azadlığın pozur.

 

Xatırladaq ki, Küveyt parlamenti uyğun  komissiyasının başçısı Həmdan əl-Əzəmi ölkə vətəndaşı və turist qadınların çimərlik geyimində, açıq-saçıq paltar geyərək, sahildə, üzgüçülük hovuzları və başqa ictimai yerlərdə gəzməsini yasaqlayan qanun layihəsini təsdiqləyib.

 

Əl-Əzəmi “çılpaq geyim” termininin dəqiqləşdirməsə də, qeyd edib ki, yalnız bikini deyil, istənilən “uyğun olmayan paltarı” geymək qadağandır. Bu qanun otellərdə qalanlara da şamil edilir.

 

Mənbə xatırladıb ki, 2011-ci ildə parlamentin uyğun komissiyası oxşar təşəbbüsün konstitusiyaya qarşı olduğunu bildirərək, təsdiqləməmişdi.

 

“Gulf nyus” bildirib ki, əl-Əzəmi etik baxımdan bu dəfə layihəni təsdiqləyib. O, hesab edir ki, qadınlar uyğun olmayan geyimi, sekslə məşğul olması, musiqini uca səslə dinləməsi, habelə rəqs etməsi, mahnı oxuması və sahildə itlə gəzməsi ilə mənəvi normaları pozur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1188

Oxşar yazılar

Doha-İstanbul reysi ilə uçan təyyarə bir mühərriklə eniş etdi - VİDEO

Doha-İstanbul reysi ilə uçan təyyarə bir mühərriklə eniş etdi - VİDEO

13 may 2025 , 06:39
İlin müəllimi 12 yaşlı uşağı zorladı

İlin müəllimi 12 yaşlı uşağı zorladı

13 may 2025 , 04:28
Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

13 may 2025 , 01:41
PKK  özünü buraxdı

PKK özünü buraxdı

12 may 2025 , 10:10
Hindistan yenə Ermənistana "Akash" göndərir

Hindistan yenə Ermənistana "Akash" göndərir

11 may 2025 , 23:11
Bu ölkədə  şahmat qadağan edildi

Bu ölkədə şahmat qadağan edildi

11 may 2025 , 19:23
Roma Papası XIV Lev

Yeni Roma Papasından ilk ÇAĞIRIŞ

11 may 2025 , 16:14
Donald Tramp, ABŞ Prezidenti

Trampdan yeni sürpriz

11 may 2025 , 11:12