Kürdəmirdə üçotaqlı ev yandı
03 avqust 2015 23:09 (UTC +04:00)

Kürdəmirdə üçotaqlı ev yandı

0

Kürdəmirdə yanğın hadisəsi qeydə alınıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Kürdəmir rayonu, Mürsülü kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan kürsülü 1 mərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 72 kv.m sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 467

Oxşar yazılar