Küçəyə atılan uşağı pişik xilas etdi
17 yanvar 2015 05:18 (UTC +04:00)

Küçəyə atılan uşağı pişik xilas etdi

Rusiyanın Obninsk şəhərindəki evsiz pişik dünyanın qəhrəmanın çevrilib.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, buna səbəb onun küçəyə atılmış bir körpəni himayə edib, ölümdən xilas etməsi olub. 2 aylıq körpəni yaşayış binasının zibilliyinə atan şəxslər onun möcüzə ilə xilas olacağını bilməyiblər. Belə ki, körpəni yerləşdirdikləri qutu evsiz pişiyə məxsus olub. Sibir cinsindən olan pişik isə bir neçə saat boyunca o körpəni isidib və ətrafdakıların diqqətini cəlb etmək üçün aramsız miyoldayıb. Nəhayət onun cəhdləri uğurla nəticələnib və yoldan keçənlər körpəni fərq ediblər.

 

Uşaq xəstəxanaya aparılıb. Onun tam sağlam olduğu üzə çıxıb. Evin sakinləri isə pişiyi dadlı yeməklərlə mükafatlandırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 204
avatar

Oxşar yazılar