Bu ilin mayında Krım Muxtar Respublikası ilə Ukrayna sərhədində Krım türklərinin lideri Mustafa Cəmilevlə görüşən tatarlar cərimələnir.
Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, bu haqda Kiyevdə keçirdiyi mətbuat konfransında Krım Tatar məclisinin sədri Refat Çubarov xəbər verib.
“Krımın inzibati sərhədi ilə Ukrayna ərazi arasında bu il mayın 3-də Mustafa Cəmilevlə görüşmüş yüzə yaxın adam məhkəmə məsuliyyətinə cəlb edilib. Onlar bir milyon rubladək cərimələnib” - deyə, R.Çuburov bildirib.
Xatırladaq ki, Krımı işğal edəndən sonra Rusiya oradakı türklərin (tatarları) liderləri Mustafa Cəmilev və Refat Çubarovun yarımadaya girişini 5 il yasaqlayıb. Bundan başqa ictimai fəal tatarlar Moskvanın təyin etdiyi hakimiyyət təmsilçiləri tərəfindən çeşidli təzyiqlərə məruz qalır.