Martın 5-də Kreml tərəfindən maliyyələşən «Russia Today» («RT») telekanalının aparıcısı Ebbi Martın özünün «Breking the set» proqramında Rusiyanın Ukraynaya hərbi təcavüzünü ittiham edib. Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, bu haqda «The Daily Mail» qəzeti xəbər yayıb.
«Mən burada, «RT»-də işləməyim redaksiya müstəqilliyimin olmaması demək deyil. İstənilən ölkənin suveren dövlətin işlərinə müdaxiləyə qarşıyam. Rusiyanın etdikləri də düz deyil»-deyə, aparıcı efirdən bildirib.
Rusiya telekanalını Vaşinqton studiyasında olan Martin deyib ki, hərbi təcavüzü müdafiə etmək niyyətində deyil. O, verilişində ukraynalılarla həmrəy olduğunu vurğulayaraq, «dünya gücləri ilə şahmat oyununda» Rusiyanın «uduzduğunu» söyləyib.
Baş verən bu olayla bağlı «RT» rəhbərliyi bəyanat yayıb. Orada bildirilib ki, jurnalist öz fikrini, özəl söhbətlər də, hətta birbaşa efirdə ifadə etməkdə azaddır.