Dostları ilə bəhsə girdikdən sonra 45 ildən çox müddətdə 1497 ədəd kredit kartı toplayan amerikalı Ginnesin rekordlar kitabına düşüb.
Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, ABŞ-ın Kaliforniya ştatının Santa Klara bölgəsində yaşayan 73 yaşlı Valter Cavanag dünyanın ən çox kredit kartına sahib olan adamdır.
Cavanag kredit kartı toplamağa 1960-cı illərin sonunda başlayıb. Onun bu işə başlamasının səbəbi isə dostu ilə mübahisə etməsi, daha sonra isə kredit kartı toplamaq üçün bəhsə girməsi olub. Onların bəhsinə görə, ilin sonuna qədər ən çox kredit kartı toplayan digərinə yemək alacaqdı. İlin sonunda Cavanag 143, dostu isə 138 ədəd kredit kartı yığa bilib.
1497 ədəd kredit kartı olan kişi 1,7 milyon dollar kredit çəkə bilər. Amma o, kredit kartlarından yalnız birini istifadə edir və hər ay onun pulunu ödəyir.