"Fars körfəzi ölkələri koalisiyasının Yəmənə qarşı apardığı həbi kampaniya öz məqsədlərinə çatana qədər davam etdiriləcək".
APA-nın "Agence France-Presse" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Misirdə keçirilən Ərəb Ölkələri Liqasının Sammitində Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül-Əziz əl-Səud deyib.
"Hərbi kampaniya Yəmən xalqının təhlükəsizliyi təmin olunanadək davam edəcək", - deyə kral qeyd edib.
Qeyd edək ki, koalisiya Yəməndə hərbi əməliyyatlara martın 26-da başlayıb.