Komi rəhbərinə 25 il həbs cəzası verilə bilər
20 sentyabr 2015 06:41 (UTC +04:00)

Komi rəhbərinə 25 il həbs cəzası verilə bilər

Mütəşəkkil cinayətkar qrupunun təşkilində şübhəli bilinən Komi rəhbəri Vyaçeslav Qayzer  25 il müddətinə azadlıqdan məhrum edilə bilər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu vəkil Dmitri Aqranovski bildirib.  

 

“Cinayət Məcəlləsinin müvafiq maddəsi 12 ildən ömürlük müddətədək cəza nəzərdə tutur. İttiham olunan şəxsin cinayətkar qrupda rəhbər olduğu sübuta yetirildikdə ona ömürlük həbs cəzası verilə bilər. Lakin bu müddəa, adətən, “qanuni oğru”lara şamil edilir. Çox güman ki, bu maddə V.Qayzerə şamil edilməyəcək”, deyə vəkil bildirib.

 

Onun sözlərinə görə, Komi rəhbərinə vəzifə səlahiyyətlərindən istifadə etməklə cinayətkar qrupun yaradılması maddəsi üzrə ittiham irəli sürülə bilər. Belə halda o 20 ilədək həbs cəzasına məhkum edilə bilər.      

 

Qayzerə qarşı həmçinin dələduzluq maddəsi üzrə də ittiham irəli sürülə bilər. Belə olan halda məhkəmə onu hər iki cinayət üzrə müqəssir sayaraq 25 il həbs cəzasına məhkum edə bilər.  

 

Ötən gün həbs edilmiş Komi rəhbəri Vyaçeslav Qayzerin iş otağında keçirilən axtarış zamanı içərisində böyük məbləğdə pulların, bahalı saat kolleksiyasının, bir neçə ofşor şirkətin sahibliyinə dair sənədlərin, habelə “Bombardier Learjet” və “Hawker 800XP” tipli təyyarələrin əldə olunmasına dair layihələrin olduğu seyf götürülüb.

 

Vyaçeslav Qayzer barəsində “cinayətkar qrupun yaradılması” və “dələduzluq” maddələri üzrə cinayət işi başlanıb.

 

Qeyd edək ki, Federal Təhlükəsizlik Xidməti və İstintaq Komitəsi bundan əvvəl Komi Respublikasının rəhbəri Vyaçeslav Qayzer, onun müavini Aleksey Çernov, Aleksey Zarubin və Valeri Veselovun rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qrupunu zərərsizləşdirib.

 

Qeyd edək ki,  İstintaq Komitəsinin yaydığı məlumata əsasən, Vyaçeslav Qayzer, Aleksey Çernov, Aleksey Zarubin və Valeri Veselovun rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qrupunun məqsədi cinayət yolu ilə dövlət əmlakının mənimsəməsinə yönəlmiş ağır cinayətlər törətmək olub. 

 

Məlumata əsasən, istintaqın müəyyən etdiyi cinayətlər miqyaslılığı ilə seçilərək regionlararası və beynəlxalq xarakter daşıyıb. Hazırda cinayətkar qrupun 19 rəhbər və iştirakçısı müəyyənləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 457
avatar

Oxşar yazılar

Dünyanın ən böyük  çiyələyi

Dünyanın ən böyük çiyələyi

27 iyul 2024 , 12:50
MDB ölkələrindən birində terror törətmək  istəyən tutuldu

MDB ölkələrindən birində terror törətmək istəyən tutuldu

27 iyul 2024 , 10:20
Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42