Kolumbiyada üsyançılar birtərəfli atəşkəs elan etdi
18 dekabr 2014 01:56 (UTC +04:00)

Kolumbiyada üsyançılar birtərəfli atəşkəs elan etdi

0

"Kolumbiya inqilabi silahlı qüvvələri" (FARC) dekabrın 17-dən birtərəfli qaydada atəşkəs elan edib.

 

APA-nın “Gazeta.ru”-ya istinadən məlumatına görə, bunu FARC-ın nümayəndələri bəyan edib.

 

Qeyri-müəyyən müddətədək döyüş əməliyyatlarına son qoyduğunu vurğulayan FARC atəşin dayandırılmasını barışığa keçəcəyinə ümid edib.  “Yalnız hərbçilərin bizə hücum etdiyi təqdirdə yenidən silaha sarılacağıq”, deyə  FARC nümayəndələri bildirib.

 

Məlum olduğu kimi, dekabrın 16-da "Kolumbiya inqilabi silahlı qüvvələri"nin 9 üzvü hökumət qüvvələri ilə gedən döyüşlərdə öldürülüb.

 

Xatırladaq ki, solçu radikal FARC qruplaşması təxminən 50 ildir Kolumbiya hökumətinə qarşı silahlı mübarizə aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 302

Oxşar yazılar