APA-nın “İTAR-TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, paytaxt Boqotadan Baya-Solano şəhərinə uçan təyyarə ölkənin mərkəzində yerləşən Tolima departamentində yerə düşüb.
Tolima departamentinin Xilasetmə xidməti bildirdiyinə görə, qəza nəticəsində 10 nəfər, yəni təyyarənin göyərtəsində olanların hamısı həlak olub. Qəzanın səbəbləri hələ ki, məlum deyil.
Yerli hüquq-mühafizə orqanı nümayəndələri sərnişinlərin şəxsiyyətlərinin müəyyən edilməsində problem yarana biləcəyini bildiriblər. Buna səbəb kimi cəsədlərin yanaraq tanınmaz hala düşməsi göstərilir.