Kolumbiya prezidenti Xuan Manuel Santos tibbi və elmi məqsədlər üçün marixuananın becərilməsinin və istifadə edilməsinin leqallaşdırılması haqqında fərman imzalayıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, sənəd marixuana istehsalçılarına qarşı sərt tələblərin tətbiq edilməsini nəzərdə tutur. Belə ki, marixuana istehsal edəcək müəssisələrə Səhiyyə Nazirliyi daxil olmaqla bir neçə dövlət qurumundan lisenziya almaq lazım gələcək.