Koalisiya qüvvələri Yəmənin Taiz şəhərinə aviazərbələr endirib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hədəfdə husiləri dəstəkləyən hərbçilərin mövqeləri olub.
Həmçinin Taiz beynəlxalq hava limanının da zərbələrə məruz qaldığı bildirilir.
Qeyd edək ki, martın 25-dən 26-na keçən gecə Səudiyyə Ərəbistanının və Fars körfəzinin digər ölkələrinin daxil olduğu beynəlxalq koalisiya Yəmənin böyük hissəsinə nəzarət edən şiə üsyançılarına (husilər) qarşı hərbi əməliyyat keçirməyə başlayıb.