Klintonun məşuqəsinə Erotik muzeydə iş təklif olunub
29 may 2014 05:48 (UTC +04:00)

Klintonun məşuqəsinə Erotik muzeydə iş təklif olunub

ABŞ-ın keçmiş prezidenti Bill Klintonun məşuqəsi Monika Levinskiyə məşhur mavi donu üçün 250 min dollar təklif edilib.

 

Lent.az-ın “Qazeta.ru”-ya istinadən məlumatına görə, Las –Veqasdakı Erotik irs muzeyin sahibi Harri Monin Monikaya məktub göndərib. Bu məktubda o, yalnız mavi donu satın almağı təklif etməyib, həm də Klintonun məşuqəsini ildə yüz min dollar maaşla işləməyə dəvət edib.

 

Bir müddət öncə mətbuatda Levinskinin yeni müsahibəsi çap olunub. O, bildirib ki, mavi donu “eşələyib, tapmağın vaxtı çatıb”.

 

“Mən Bill Klintonla əlaqənizin şəxsi həyatınıza belə mənfi təsir edəcəyini təsəvvür etmirdim. Mən sizə menecerlik və Erotik irs muzeyində kurator işi təklif etməyə hazıram” -deyə, Harri məktubunda vurğulayıb.

 

Muzey rəhbəri isə Levinskidən hələlik cavab almayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1672
avatar

Oxşar yazılar