Kliçko: «Krımı etnik təmizləmə gözləyir»
18 mart 2014 03:48 (UTC +04:00)

Kliçko: «Krımı etnik təmizləmə gözləyir»

0

«Krım sosial fəlakət ərəfəsindədir». Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, bunu «UDAR» partiyasının lideri Vitali Kliçko Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib.

 

 

«Hazırda Krım humanitar fəlakət ərəfəsindədir. Eləcə də etnik təmizləmə risk var. Krım tatarları, ukraynalılar və Ukrayna vətənsevərlərinin hamısının həyata təhlükə altındadır»-deyə, Kliçko vurğulayıb.

 

O, bildirib ki, partiyası «müvəqqəti işğal olunmuş ərazilər» haqqında qanun layihəsi hazırlamaq niyyətindədir.

 

Siyasətçi əlavə edib ki, Ukrayna öz vətəndaşlarını taleyin ümidinə buraxmayacaq: «Krımın su, təbii qaz, elektrik enerjisi ilə təchizatı davam etdiriləcək. Habelə bütün sosial ödənişlər köçürüləcək».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1269

Oxşar yazılar