Kim Çen Inın bacısı tapıldı
25 mart 2014 18:45 (UTC +04:00)

Kim Çen Inın bacısı tapıldı

0

KXDR-in lideri Kim Çen In ilk dəfə kiçik bacısı- 26 yaşlı Kim E Conu ictimaiyyətə təqdim edib. Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, Şimali Koreyanın prezidenti bacısı ilə birlikdə "Moranbon" ansamblının konsertində iştirak edib.

Cənubi Koreya mətbuatı Şimali Koreya liderinin ailəsinin qatıldığı konsertin 22 martda Pxenyanda baş tutduğunu yazır. Kim Çen In öz arvadı ilə birinci sırada, bacısı isə ikinci sırada əyləşib.

Kiçik bacının son zamanlar liderə çox təsir göstərdiyi bildirilir. KXDR-in KİV-ləri onu "Əmək partiyasının açar işçisi" adlandırırlar. O, ordunun təchizatında cavabdehlik daşıyan şöbəyə başçılıq edir. Qeyri-rəsmi məlumatlara görə, Kim Çen Inın bacısı həmçinin qardaşının iş cədvəli, onun geyim stili və saç düzümünə görə də cavabdehdir.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 950

Oxşar yazılar