Kerrinin yeni müavinin adı bəlli oldu
19 sentyabr 2015 05:21 (UTC +04:00)

Kerrinin yeni müavinin adı bəlli oldu

0

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə yeni müavinin adı bəlli olub

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ dövlət katibi Con Kerri adıçəkilən vəzifəyə Tom Şennonun namizədliyini irəli sürüb.

 

Bundan əvvəl T.Şennon ABŞ Dövlət Departamentində müşavir, ABŞ-ın Braziliyadakı səfiri və dövlət katibinin Qərb yarımkürəsi üzrə müavini vəzifələrində çalışıb.

 

T.Şennonun namizədliyi ABŞ Konqresinin senatı tərəfindən təsdiq edilməlidir. T.Şennon dövlət katibinin siyasi məsələlər üzrə müavini vəzifəsində İranın nüvə proqramı üzrə danışıqlarda fəal iştirak etmiş Uendi Şermanı əvəzləyəcək. U.Şerman oktyabrın 2-də postunu tərk edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 283

Oxşar yazılar