Kerri və Zərif arasında 5 saatlıq görüş
14 yanvar 2015 23:25 (UTC +04:00)

Kerri və Zərif arasında 5 saatlıq görüş

0

ABŞ dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin İşveçrənin Cenevrə şəhərində baş tutduğu görüş 5 saat davam edib.

 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, İranın nüvə proqramına həsr olunmuş danışıqlar bağlı qapılar arasında keçirilib.

 

Qeyd olunur ki, həmçinin Kerri və Zərif bir yerdə Cenevrədə yolüstü gəzişiblər. “Biz gərgin işləyirik”, ABŞ diplomatiyasının rəhbəri jurnalistlərə deyib.

 

Adıçəkilən görüşdən dərhal sonra ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Uendi Şerman İran nümayəndələri ilə məsləhətləşmələr aparacaq. Yanvarın 18-də isə Cenevrədə İranla “altılıq” ölkələri arasında danışıqların yeni raundu başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 354

Oxşar yazılar