ABŞ-ın dövlət katibi Con Kerri bu ilin iyununda Suriyada keçirilməsi planlaşdırılan prezident seçkisini “maskarad” adlandırıb.
Lent.az-ın “Frans press”-ə istinadən məlumatına görə, “Suriyanın dostları” koalisiyası ilə görüşdən sonra deyib: “Tədbir iştirakçıları Suriyada keçirilməsi nəzərdə tutulan prezident seçkisinin maskarad, təhqir və fırıldaq olduğu qərarına gəldi ”.
O, qeyd edib ki, ilkin məlumata əsasən, Suriyadakı hakimiyyət etirazçılara qarşı xlorin kimyəvi maddəsindən istifadə edib.