Kerri son 50 ilin ən uğursuz dövlət katibi seçilib
06 fevral 2015 13:25 (UTC +04:00)

Kerri son 50 ilin ən uğursuz dövlət katibi seçilib

Con Kerri ABŞ-da son 50 ilin ən uğursuz dövlət katibi seçilib.

 

APA-nın məlumatına görə, “Foreign Policy” jurnalının apardığı sorğuya əsasən, ən uğurlu dövlət katibi isə Henri Kissincer hesab edilir.

 

1973-1977-ci illərdə dövlət katibi olmuş bu şəxs 32,2 faiz səs toplayıb.

 

Yalnız 0,3 faiz respondent Con Kerrinin xeyrinə səs verib. Siyasi cəhətdən uğurlu dövlət katibləri siyahısını ilk üçlüyü Ceyms Beyker və Madlen Olbrayt tamamlayıb.Hillari Klinton 4-cü yerdədir.

 

Sorğuda ABŞ universitet və kolleclərindən beynəlxalq siyasət üzrə ixtisaslaşmış 1615 mütəxəssis iştirak edib.

 

Respondentlər həmçinin ABŞ-ın son 10 ildə ən sərt xarici siyasət problemi ilə bağlı sualı da cavab verib. Ekspertlər ən problemli məsələlərlə bağlı iqlim dəyişikliyini, Yaxın Şərqdə münaqişə və Çinin hərbi gücünün artmasını göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 175
avatar

Oxşar yazılar