Dekabrın 3-də Belqradda ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş olacaq.
APA-nın məlumatına görə, bu barədə Rusiya XİN-dəki diplomatik mənbə bildirib
“Sergey Lavrov Belqradda ABŞ dövlət katibi daxili olmaqla, bir sıra ikitərəfli görüşlər keçirəcək”, mənbə bildirib.
Qeyd olunur ki, danışıqların əsas mövzusu Suriyadakı vəziyyət olacaq.