Kerri: Əsədin gələcəyi ilə bağlı fikir ayrılığı qalmaqdadır
14 noyabr 2015 22:14 (UTC +04:00)

Kerri: Əsədin gələcəyi ilə bağlı fikir ayrılığı qalmaqdadır

Vyanada Suriya münaqişəsinin nizamlanmasına həsr olunan çoxtərəfli görüş başa çatıb. Görüş beş saat davam edib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, görüş iştirakçıları arasında birgə sənəd razılaşdırılıb. Sənədin yaxın zamanda mətbuata təqdim olunacağı gözlənilir.  

 

 

“Görüş iştirakçıları arasında Bəşər Əsədin gələcəyi də daxil olmaqla, bir sıra məsələlər üzrə fikir ayrılığı qalmaqdadır”, deyə görüşdən sonra ABŞ dövlət katibi Con Kerri, Rusiya XİN rəhbəri Sergey Lavrov və BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Staffano de Mistura ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

 

“ABŞ əmindir ki, prezident  Bəşər  Əsədin hakimiyyətdə qalması Suriyada terrorçuluğun genişlənməsi də daxil olmaqla ölkədəki problemlərin həllinə kömək etməyəcək. Nə diktator, nə də terrorçular Suriya böhranının həlli yolu deyil”, deyə o qeyd edib.   

 

Görüş iştirakçıları Suriyada tezliklə atəşkəsə nail olmağa dair razılığa gəliblər. Atəşkəsə əməl olunmasının monitorinqini xüsusi qrup həyata keçirəcək.   

 

Terror qruplaşmalarının siyahısını yaxın günlərdə razılaşdırmaq planlaşdırılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 306

Oxşar yazılar

Özbəkistanda zəlzələ  oldu

Özbəkistanda zəlzələ oldu

6 iyul 2025 , 20:43
Məşhur döyüş təyyarəsinin istehsalı dayandı

Məşhur döyüş təyyarəsinin istehsalı dayandı

6 iyul 2025 , 19:38
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

6 iyul 2025 , 18:36
İlon Mask, amerikalı iş adamı

Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB

6 iyul 2025 , 18:35
Çin və Aİ arasında yeni qalmaqal

Çin və Aİ arasında yeni qalmaqal

6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu

Bu ölkədə güclü zəlzələ oldu

6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı

Qonşu ölkədə təyyarə qəzaya uğradı

6 iyul 2025 , 09:49
Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı

Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı

6 iyul 2025 , 07:30