İraqın Kərkük bölgəsi Dağox rayonunun Tamur kəndindəki seçki məntəqəsinə silahlı basqın edilib. Lent.az-ın “Anadolu” agentliyinə istinadən məlumatına görə, basqın nəticəsində 3 əsgər öldürülüb, 6-sı yaralanıb.
Baş vermiş olaydan sonra bölgədəki başqa seçki məntəqələrində basqınların qarşısını almaq məqsədi ilə təhlükəsizlik tədbirlər gücləndirilib.
Xatırladaq ki, aprelin 30-da İraqda parlament seçkiləri keçiriləcəyi gözlənilir.