İraqın Kərkük şəhərində törədilən iki terror aktı nəticəsində 13 nəfər ölüb, 23 nəfər yaralanıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, əvvəlcə nəzarət-buraxılış məntəqəsi yaxınlığında terrorçu-kamikadze minalanmış avtomobili partladıb, 2 polis əməkdaşı həlak olub.
Kərkükün şimal bölgəsində isə dinc sakinləri daşıyan mikroavtobus minaya düşüb. Nəticədə ikisi uşaq, dördü qadın olmaqla 11 nəfər ölüb.
Xatırladaq ki, kürd yaraqlıları bir neçə gündür Kərkük və Mosuldakı neft yataqlarını ələ keçirib.