Kemeron: “İslam Dövləti” Avropada terror aktları planlaşdırır
23 sentyabr 2014 22:58 (UTC +04:00)

Kemeron: “İslam Dövləti” Avropada terror aktları planlaşdırır

0

Böyük Britaniyanın baş naziri Devid Kemeron “İslam Dövləti” qruplaşmasının Avropada terror aktları törətməyi planlaşdırdığını bildirib. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə NBC telekanalı məlumat yayıb.  

 

“Bu insanlar bizi qətlə yetirmək istəyirlər. Bu qəddar təşkilatı məhv etməyə əmin olmaq üçün biz birləşməliyik”, deyə Kemeron vurğulayıb.  

 

Baş nazir, həmçinin, qeyd edib ki, “İslam Dövləti” neft, pul, ərazi və silah-sursata malikdir və bu baxımdan terrorçuların Avropa şəhərlərinə hücum planlaşdırması istisna olunmur. O, ABŞ əhalisinin də təhlükə altında olduğunu əlavə edib.

 

Qeyd edək ki, ABŞ təyyarələrinin “İslam Dövləti”nin Suriyadakı mövqelərinə sonuncu dəfə  endirdiyi zərbələr nəticəsində azı 120 terrorçu məhv edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 526

Oxşar yazılar