Kəbənin üst örtüyü dəyişdirilib. Lent.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, hər il olduğu kimi bu il də Kəbənin üst örtüyü yuxarıya doğru çəkilib. Buna səbəb isə ziyarətə gələn insanların (hacıların) örtüyə zərər vurmamasıdır.
Örtük qara boya ilə boyanmış xalis ipəkdən hazırlanıb. Örtüyə gümüş və qızılla "La ilaha İlləllah, Muhəmmədin rəsulullah", "Allah cəllə cəlaluhu", "Subhanallahi və bihamdihi və subhanallahilaziym", "Ya HANNAN ya Mənnan" ilə İxlas surəsi yazılıb.