Kataloniya müstəqillik referendumunu ləğv edir
14 oktyabr 2014 03:28 (UTC +04:00)

Kataloniya müstəqillik referendumunu ləğv edir

0

Kataloniyanın lideri Artur Mas noyabrın 9-a planlaşdırılan müstəqillik referendumunun keçirilməsini ləğv etmək qərarına gəlib.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə “El País” qəzeti yazıb.

 

Onun sözlərinə görə, səsvermə hüquqi zəmanətin olmadığı səbəbindən baş tuta bilməz. Bununla belə, Mas kataloniyalılara regionun siyasi gələcəyini əks etdirən digər üsulları seçməyə təklif edib.

 

Kataloniya rəhbərinin mətbuat katibi bildirib ki, oktyabrın 14-də Artur Mas mətbuat konfransı keçirərək referendum ilə bağlı vəziyyətə aydınlıq gətirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 865

Oxşar yazılar