Kann festivalında Kinofond mükafatlarını verdi
23 may 2014 06:11 (UTC +04:00)

Kann festivalında Kinofond mükafatlarını verdi

Kann 67-ci festivalı Kinofondun birinci mükafatına amerikalı rejissoru Anna Silverştaynın “Şərəfsiz” (“Skunk”) qısametrajlı filmini layiq görüb.

 

Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, filmdəki hadisələr Texasda  baş verib. Yeniyetmə qız oğurlanan itini axtarır. Rejissor bu lkinolentə görə 15 min avro mükafat alıb.

 

 

Kinfondun ikinci mükafatını “Ooo, Lüsi”  filminin yapon rejissoru Atsuko Harayyaqani alıb. Ona 11 min avro verilib.

 

 

Üçüncü mükafatı isə italiyalı Fulvio Risuleonun “Maya” (“Lievito Madre”)  və britaniyalı Ceyzi Ceykobun  “Böyük rəsm” (“Bigger Picture”) filmləri alıb. Onların hər birinə 7,5 min avro pul mükafatı verilib.

 

Bu ilki müsabiqədə tələbələrin 16 işi də nümayiş etdirilib.

 

Kinofond mükafatı 1998-ci ildə Kann Festivalının indiki prezidenti Jil Jakob təşəbbüsü ilə təsis edilib. Bu mükafat ən yaxşı qısametrajlı tələbə filmlərinə verilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 559
avatar

Oxşar yazılar