Kanada XİN Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, sanksiya siyahısına M.İ.Kalinin adına maşınqayırma zavodu, Dolqoprudnensk elmi-istehsalat müəssisəsi, Mıtişinsk maşınqayırma zavodu, V.V.Tixomirov adına elmi-istehsalat müəssisəsi və “Altair” radioelektronika elmi-təhqiqat institutu əlavə edilib.
Həmçinin Rusiyanın “Sberbank” bankı da sanksiya siyahısına daxil edilib.
Sanksiyalar bir neçə vəzifəli şəxsləri - müdafiə nazirinin müavinləri Dmitri Bulqakov və Yuri Sadovenko, Baş Qərargah rəisinin birinci müavini Nikolay Boqdanovski və Quru Qoşunların komandanı Nikolay Salyukov da əhatə edib.