Kamikadze qız özünü partlatdı: 34 ölü
11 mart 2015 03:23 (UTC +04:00)

Kamikadze qız özünü partlatdı: 34 ölü

0

Nigeriyanın şimal-şərqində yerləşən Mayduquri şəhərində törədilmiş partlayış nəticəsində ölənlərin sayı 34-ə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, şəhərdəki  bazarların birinin qarşısında baş vermiş partlayış kamikadze qız tərəfindən törədilib. Partlayış nəticəsində yaralananların dəqiq sayı barədə məlumat yoxdur.  

 

Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. Partlayışın “Boko Haram” terror qruplaşması tərəfindən törədildiyi ehtimal olunur.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 295

Oxşar yazılar