Kamerunda iki partlayış: 19 ölü, 70 yaralı
20 fevral 2016 03:15 (UTC +04:00)

Kamerunda iki partlayış: 19 ölü, 70 yaralı

0

Kamerunda irimiqyaslı terror aktı törədilib.

 

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, ölkənin şimal-şərqində baş vermiş iki partlayış nəticəsində azı 19 nəfər ölüb, 70 nəfər yaralanıb.

 

Xəsarət alanların bir çoxunun vəziyyəti ağır kimi qiymətləndirilir.

 

İlkin məlumata əsasən, iki nəfər qız terrorçu-kamikadze üzərilərindəki partlayıcı qurğunu bazarda işə salıblar.

 

Hadisəyə görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib. Partlayışları “Boko Haram” terror təşkilatının üzvlərinin törətdiyi ehtimal olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 466

Oxşar yazılar