Çeçenistan rəhbəri Ramzan Kadırov Nojay Yurt rayon daxili işlər şöbəsinin rəisi 47 yaşlı polkovnik Najud Quçiqov və 17 yaşlı Luiza Qoylabiyevanın toyunda “ləzginka” oynadı.
Bundan əvvəl Qroznıda cütlüyün rəsmi nikah mərasimi keçirilib. Çeçenistan rəhbəri sosial şəbəkədəki səhifəsindən toyda iştirak etmək istəyənlərin hamısını mərasimə dəvət edib.
Ramzan Kadırov cütlüyü təbrik edib və xoşbəxtlik arzulayıb. Sonra Çeçenistan milli rəqs müsabiqəsinin Qran-pri laureatı Maret Baysarovanı “ləzginka” rəqsinə dəvət edib.