Əfqanıstanın paytaxtı Kabildə terrorçu-kamikadzenin partlayıcı qurğunu işə salması nəticəsində 3 nəfər ölüb.
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, insident zamanı ölkə parlamentində Paktia əyalətini təmsil edən deputat Gülpaşa Məcidi yaralanıb.
Hüquq-mühafizə orqanları hadisənin deputata qarşı sui-qəsd olduğunu ehtimal edirlər.
Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.