Jurnalisti öldürən mafioza 40 il iş kəsilib
03 aprel 2014 07:08 (UTC +04:00)

Jurnalisti öldürən mafioza 40 il iş kəsilib

Belqrad məhkəməsi Xorvatiyanın tanınmış jurnalisti İvo Pukaniçin ölümündə suçlu bilinən iki mafiozu mühakimə edib.

 

Lent.az-ın “İnterfaks” – a istinadən məlumatına görə, mühakimə olunan mafiozlardan birinə, qətldə əsas rol oynayan, Zeliko Milovanoviçə 40 il iş kəsilib.

 

O biri cinayətkar,  Milenko Kuzmanoviç isə cinayətin hazırlığında iştirakını etiraf etdiyi üçün 5 il azadlıqdan məhrum edilib.

 

Mənbə xatırladıb ki, 2008-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə avtomobilə qoyulan bombanın partlaması nəticəsində  “Natsional” həftəlik qəzetinin yiyəsi və baş redaktoru İvo Pukaniç, marketinq bölməsinin rəisi Niko Franiç həlak olmuşdu.

 

Mafiozlara iş kəsilsə də, Belqrad məhkəməsi bildirib ki, qətlin sifarişçilərini müəyyənləşdirməyiblər.

 

İ.Pukaniçin sağlığında “Natsional”da Balkan ölkələrində korrupsiya halları və insan haqlarının pozulmasına dair tez-tez yazılar çap olunurmuş.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 761
avatar

Oxşar yazılar